Yumurtanı neçə müddət saxlamaq olar? - Mütəxəssisdən açıqlama

 13:32 14.08.2025     61

Dietoloq Vanessa Giglio bildirib ki, təzə yumurtalar düzgün şəraitdə maksimum 1 ay saxlanıla bilər.

Redaktor.az xəbər verir ki, o, "Terra” nəşrinə müsahibəsində bunun üçün vacib şərtləri sadalayıb.

Mütəxəssisin sözlərinə görə, yumurtalar qabığı zədələnmədən, kəskin qoxulu məhsullardan uzaqda və soyuducuda saxlanmalıdır. Bu halda onların yararlılıq müddəti 21-30 gün təşkil edir.

Giglio qeyd edib ki, yumurtalar öz qablaşdırmasında və ya qapalı qablarda, soyuducunun daxili rəfində saxlanılmalıdır. Soyuducu qapısında saxlamaq tövsiyə edilmir.

O həmçinin vurğulayıb ki, ay ərzində qabığın bütövlüyünü yoxlamaq vacibdir. Əgər yumurtada xoşagəlməz qoxu, xarici görünüşdə dəyişiklik və ya qabığında çatlar varsa, ondan istifadə etmək olmaz.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən