Təkcə idmanla çəki itirmək çətin olur

Artıq çəkidən azad olmağın təkcə estetik məsələ deyil, həm də sağlamlıq üçün vacib olduğunu bildirilir.
Redaktor.az bu barədə xarici medianın araşdırmasına istinadla məlumat verir.
Ürək-damar xəstəlikləri, şəkərli diabet, hormonal pozğunluqlar və erkən ölüm riskinin azalması üçün arıqlama strategiyalarına maraq getdikcə artır. Dünyada ən çox müzakirə olunan yanaşmalardan biri aralıqlı oruc metodudur. Məsələn, 16:8 sistemi 16 saat yemək fasiləsi, 8 saat yemək pəncərəsi həm çəki itkisində, həm də insulin həssaslığının yaxşılaşmasında effektiv sayılır. Karbohidratı azaldan pəhrizlər və liflə zəngin bitki əsaslı qidalanma da çəkini tənzimləməkdə kömək edir, lakin davamlı nəticə üçün fərdi qida vərdişlərinə uyğun plan seçilməlidir.
Araşdırma göstərir ki, təkcə idmanla çəki itirmək çətin olur. Fiziki aktivlik qida rasionu ilə birləşdirildikdə daha yaxşı nəticə verir. Qısa müddətli intensiv məşqlər yağ yandırmanı sürətləndirir, uzun gəzintilər isə maddələr mübadiləsini aktiv saxlayır və stressi azaldır. Psixoloji yanaşma da önəmlidir, çünki motivasiya çatışmazlığı və emosional yemək pəhrizlərin pozulmasına səbəb olur. Şüurlu yemək vərdişləri artıq qida qəbulunun qarşısını alır və yeməkdən daha çox zövq almağa imkan verir.
Aytəkin TOFİQQIZI