Az yatmaq hormonal balanssızlığa səbəb olur

Endokrinoloq Sara Martinez bildirib ki, hormonal balanssızlıq halında həyat tərzinə yenidən baxmaq lazımdır.
Redaktor.az xəbər verir ki, mütəxəssis "Deia" nəşri ilə söhbətində bu problemi doğuran gündəlik səhvləri qeyd edib.
“Yüngül və ya az yağlı məhsullara əsaslanan pəhriz hormonların istehsalı üçün lazım olan sağlam yağların çatışmazlığına səbəb ola bilər”, - deyə Martinez xəbərdarlıq edib.
O, həmçinin yatmazdan əvvəl qadcetlərdən istifadənin və gec yatmağın mənfi təsirini vurğulayıb.
Bundan əlavə, həkimin sözlərinə görə, insan ac olanda yemək yeməsə, aclıq və toxluq hissindən məsul olan qrelin və leptin hormonlarının istehsalı pozulur. Hormonal balanssızlığa səbəb olan digər səhvlər arasında o, həftədə iki dəfə güc məşqinin olmaması, gündə beş saatdan az yatmaq və xroniki stressdə yaşamağı göstərib.
Aytəkin TOFİQQIZI