Günlərlə saxlanılan yeməyi qəbul etməyin təhlükələri - Ekspert AÇIQLADI

 18:08 15.08.2025     49

Bəzən insanlar bişirdikləri yeməkləri günlərlə saxlayırlar.

Yeməkləri bişirdikdən sonra neçə müddət saxlamaq olar? 

Redaktor.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirdi ki, bu, mövzu qida təhlükəsizliyi baxımından çox vacibdir".

"İnsanlar bəzən "dadı hələ yaxşıdır" deyib günlərlə saxladıqları yeməklə özlərinə fərqində olmadan ziyan vururlar. Yemək uzun müddət saxlanıldıqda bakteriyalar sürətlə artır. Ümumiyyətlə bişmiş yeməkləri otaq temperaturunda 2 saatdan artıq saxlamaq olmaz. Xüsusilə yayda bu, 1 saata enir. Hava keçirməyən qabda saxlanılan bəzi yeməklərdə Clostridium botulinum toksini əmələ gələ bilər".

Onun sözlərinə görə, uzun saxlanma dad və qoxu dəyişikliyi olmadan belə zəhərlənmə riski yarada bilər:

"Yəni "iylənməyib, yeyilər" deyib yeməyin. Vitamin C, bəzi B vitaminləri və antioksidantlar zamanla parçalanır. Məsələn, tərəvəz yeməklərində 2-3 gündən sonra vitamin itkisi ciddi olur. Yeməyi bişirdikdən sonra maksimum 2 saat ərzində soyuducuya yerləşdirin. Böyük qabda saxlanılan yemək daha gec soyuyur, bu da bakteriya artımına şərait yaradır. İkinci dəfə yeyərkən yemək ən az 74°C-ə qədər qızdırılmalıdır. Eyni yeməyi dəfələrlə qızdırmayın. Hər dəfə qızdırıb soyutmaq riskləri artırır. 2-3 gündən çox saxlamaq istədiyiniz yeməkləri dondurun".

Aytəkin TOFİQQIZI
 

Vumart və Güvən reklamı Vumart Güvən