Yaşlı insanlar gündəlik qida rasionuna balıq əlavə etməlidirlər

 12:13 19.08.2025     111

Dietoloq Elena Solomatina 50 yaşdan yuxarı insanların qidalanmasına dair tövsiyələr verib.

Redaktor.az xəbər verir ki, həkim "Vanitatis" nəşrinə müsahibəsində bu yaş dövründə düzgün pəhrizin orqanizmi cavanlaşdırmağa və xroniki xəstəliklərin inkişaf riskini azaltmağa kömək etdiyini bildirib.

Mütəxəssis yaşlı insanların gündəlik rasionuna dəniz məhsulları, dəniz balığı, qıcqırdılmış süd məhsulları, dənli bitkilər, yulaf ezmesi, bərk makaron, taxıllı çörək və vitamin komplekslərinin daxil edilməsini tövsiyə edib. Onun sözlərinə görə, gün ərzində qidalanma təzə meyvə, tərəvəz və müxtəlif göyərtilərlə də zənginləşdirilməlidir.

Solomatina qeyd edib ki, lifin həddindən artıq qəbulu mədə-bağırsaq traktının problemlərini gücləndirə bilər. Həkim həmçinin 2-ci tip diabetin qarşısını almaq üçün şirniyyat, qənnadı məmulatları, şəkərli içkilər, çoxlu ət və zərərli yağlarla zəngin yeməklərin məhdudlaşdırılmasını məsləhət görüb.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən