Yanıqların müalicəsinə yeni yanaşma

 13:26 19.08.2025     64

Dünyada yanıq müalicəsi sahəsində yeni texnologiya böyük maraq doğurub.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, İsveçli alimlər “skin in a syringe”  yəni “iynə içində dəri” adlanan xüsusi gel hazırlayıblar.

Bu material canlı fibroblast hüceyrələri ilə zəngindir və həm birbaşa yanıq nahiyəsinə vurula, həm də 3D printer vasitəsilə dəri grefti şəklində çap oluna bilər.

Araşdırmanın müəllifləri bildirirlər ki, məqsəd sadəcə sağalmış dəri deyil, funksional dermis qatının formalaşdırılmasıdır. Siçanlar üzərində aparılan ilkin sınaqlar uğurla nəticələnib: hüceyrələr yaşayıb, zəruri maddələri istehsal edib və hətta yeni qan damarları əmələ gəlib.

Mütəxəssislərə görə, gələcəkdə xəstədən götürülən kiçik dəri nümunəsindən laboratoriyada hüceyrələr çoxaldılaraq fərdi dəri grefti 3D bioprinterlə hazırlanacaq. Bu metod yanıq müalicəsində çapıq izlərinin minimuma endirilməsinə və daha sürətli sağalma prosesinə imkan verə bilər.

Alimlər yeni texnologiyanın hələ klinik sınaq mərhələsində olduğunu, lakin uğurlu nəticələr əldə olunacağı təqdirdə yaxın illərdə xəstəxanalarda tətbiq edilə biləcəyini bildirirlər. Bu yenilik yanıq qurbanlarının həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra biləcək tibbi inqilab kimi dəyərləndirilir.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən