Bəzi hallarda qovun sağlamlığa zərər verə BİLƏR

 20:52 19.08.2025     93

Qovun hər nə qədər faydalı yay məhsulu sayılsa da, bəzi hallarda onun istehlakı sağlamlığa zərər verə bilər.

Redaktor.az xəbər verir ki, terapevt Zarema Ten lenta.ru-ya müsahibəsində qovunun hansı xəstəliklərdə kontrendike olduğunu açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, yüksək kalium tərkibi səbəbindən qovun böyrək çatışmazlığı olan şəxslərə tövsiyə edilmir. Həmçinin fruktoza dözümsüzlüyü, qovun allergiyası və ya çarpaz allergiya hallarında bu məhsuldan imtina etmək lazımdır.

Ten əlavə edib ki, üç yaşdan kiçik uşaqlarda da qovun allergik reaksiyalara və həzm problemlərinə yol aça bilər.

Həkim diabet xəstələrinə də xəbərdarlıq edib. Onun sözlərinə görə, bu diaqnozla qovun istifadəsi ciddi şəkildə məhdudlaşdırılmalı, gündə maksimum 50-100 qramla kifayətlənməlidir. Bu da yalnız endokrinoloqun icazəsi ilə, pəhrizin bir hissəsi kimi və kiçik porsiyalarda mümkündür. İstehlakdan sonra isə mütləq qan şəkərinin səviyyəsinə nəzarət olunmalıdır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən