Enerji içkilərinin təhlükələri - Ekspertdən XƏBƏRDARLIQ

 12:25 20.08.2025     70

"Yay aylarında energetik içkinin içilməsi məsləhətli deyil. Səbəb isə çox sadədir. İnsanlarda həddindən artıq tərləmə, susuzluq yaradır".

Bu fikirləri Redaktor.az-a qida eksperti İlkin Şirinov enerji içkilərinin ziyanlarından danışarkən bildirdi.

Onun sözlərinə görə, içkilərin tərkibində olan digər stimullaşdırıcı maddələr insanın ürək döyüntüsünün sayını normadan artıq edir.

"Bu da yay aylarında təzyiq qalxmasına, qıcolmaya, hətta başgicəllənməsinə qədər gətirib çıxarda bilən məsələlərdən biridir. Digər bir tərəfdən energetik içkinin bəzən idmandan sonra müxtəlif yürüyüşlərdən sonra istifadə edirlər. Əslində bunun heç bir enerji vermək kimi bir xüsusiyyəti yoxdur".

Qida ekspertinin sözlərinə görə, enerji içkilərinin tərkibində olan kofein ürək-damar sisteminə təsir edir, ürək döyüntülərinin sayını artırır, tezləşdirir:

"Bu da bizə, sanki, bu bizə bir energetik içki bizə bir enerji verir deyə bizdə bir fikir formalaşır. Bu belə bir şey yoxdur. Energetik içki normadan artıq qəbul ediriksə, artıq bu asılılıq yaradır. Bu, ürək-damar xəstəliklərinə, ürəkdə müxtəlif xəstəliklərin yaranmasına, təzyiqin həddindən artıq tez-tez mütəmadi qalxmasına, şəkərə qədər gətirib çıxarda bilir. Mədədə yaradacaq fəsadlar da qaçılmazdır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən