Qəhvə ilə arıqlamaq zərərli ola bilər

Fitnes mütəxəssisi Adam Klark sosial şəbəkələrdə dəbdə olan qəhvə əsaslı içkinin xoşagəlməz yan təsirindən danışıb.
Redaktor.az xəbər verir ki, onun fikirləri "Daily Mail"də yayımlanıb.
Klarkın sözlərinə görə, zülallı qəhvə içkisi arıqlamaq vasitəsi kimi təqdim olunur. Onun hazırlanması zamanı bir stəkan güclü espresso və ya Americano-ya bir qaşıq protein tozu əlavə edilir və qarışıq buzla içilir.
Mütəxəssis bildirib ki, belə içki nəzəri cəhətdən bədəni proteinlə təmin edib arıqlama prosesini sürətləndirməlidir, lakin əksinə, zərər verə bilər.
“Əgər ehtiyacınızdan artıq protein qəbul etsəniz, bu, arıqlamaq əvəzinə çəki artımına səbəb olur”, - deyə Klark xəbərdarlıq edib.
Aytəkin TOFİQQIZI