Uşaqlara qazlı su içmək məsləhət görülmür

Yeddi yaşdan kiçik uşaqlara qazlı su vermək məsləhət görülmür.
Redaktor.az xəbər verir ki, bu haqda dietoloq Anastasiya Lebedeva aif.ru-ya açıqlamasında qazlı suyun mədə-bağırsaq sistemini qıcıqlandıra biləcəyini deyib.
Onun sözlərinə görə, qazlı suyun tərkibindəki karbon qazı şişkinlik, gəyirmə və turşuluğun artmasına gətirib çıxara bilər. Həssas mədə-bağırsaq sistemi və ya reflüks problemi olan uşaqlarda bu hal daha tez özünü göstərir.
Mütəxəssis əlavə edib ki, qazsız su daha təhlükəsiz seçimdir, çünki susuzluğu rahat şəkildə yatırır və əlavə narahatlıq yaratmır.
Aytəkin TOFİQQIZI