Yağlı yeməkləri spirtlə qəbul etmək təhlükəlidir

Kərə yağı spirtin zərərini azaltmır və əksinə, sağlamlığa ciddi fəsadlar gətirə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə qastroenteroloq Anastasiya Timoşenko news.ru-ya danışıb.
Həkimin sözlərinə görə, spirtli içkidən əvvəl kərə yağı yemək intoksikasiyadan qorumağa kömək etmir. Çünki sərxoşluq içilən spirtin miqdarından, mədədəki qidadan və insanın orqanizmindən asılıdır. Əksinə, kərə yağı spirtlə qarışanda ürəkbulanma, gəyirmə və qusma yarada bilər.
Mütəxəssis xəbərdarlıq edib ki, yağlı yeməklərin spirtlə birlikdə qəbulu öd yollarında ağrı tutmalarına, kəskin pankreatitə və ya mövcud pankreatitin daha da pisləşməsinə səbəb ola bilər.
Aytəkin TOFİQQIZI