Reyhanın hansı faydaları VAR?

Dietoloq Jillian Culbertson reyhanı xərçəng və hipertoniyanın qarşısının alınması üçün effektiv vasitə adlandırıb.
Redaktor.az verir ki, mütəxəssis "Metro" nəşrinə müsahibəsində bu sərfəli məhsulun üstünlüklərindən danışıb.
Həkim bildirib ki, reyhanın xərçəng əleyhinə xüsusiyyətləri ilə bağlı nəzəriyyə bəzi araşdırmalarla təsdiqlənir. Eyni zamanda, onun sözlərinə görə, ən təsirli Genuya reyhan, bənövşəyi reyhan, tünd opal reyhan, anis reyhan və kol yaşıl reyhandır.
“Alimlər bu ümidverici nəticələri təsdiqləmək və nə qədər reyhan yeyilməli olduğunu anlamaq üçün daha çox araşdırma aparmalıdırlar”, - deyə Culbertson qeyd edib.
O, həmçinin bu məhsulu hipertansif xəstələr üçün menyuya daxil etməyi təklif edib. Çünki o, xərçəngdən qorunmaqla yanaşı, qan təzyiqi və qan şəkəri artımlarını daha yaxşı idarə etməyə kömək edə bilər. Bundan əlavə, reyhan bədənin hüceyrələrini katarakt, artrit, ürək-damar xəstəlikləri və xərçəngin inkişafına səbəb olan oksidləşdirici stressdən qoruyan güclü antioksidantdır.
Aytəkin TOFİQQIZI