Bu məhsul bağırsaq iltihabına səbəb ola bilər

 14:39 20.08.2025     99

Qırmızı ət mikrofloranın balansını pozaraq iltihablı bağırsaq xəstəliklərinin inkişafına kömək edə bilər.

Redaktor.az xəbər verir ki, Çin Paytaxt Tibb Universitetinin alimləri belə nəticəyə gəliblər. 

Təcrübədə siçanlar iki həftə ərzində müxtəlif növ qırmızı ət - donuz, mal və quzu əti ilə qidalandırılıb. Sonra heyvanlar kolonda iltihabı inkişaf etdirmək üçün süni şəkildə induksiya edilib. Məlum olub ki, ət pəhrizi qəbul edən bütün qruplarda iltihab daha şiddətli olub.

Alimlər iltihab əleyhinə sitokinlərin çoxluğunu və immun hüceyrələrin bağırsaq toxumasına kütləvi şəkildə nüfuz etdiyini qeyd ediblər. Mikrobiota analizi ''Streptococcus'', ''Akkermansia'', ''Faecalibacterium'' və ''Lactococcus'' bakteriyalarının sayında azalma, ''Clostridium'' və ''Mucispirillum'' nisbətinin isə artdığını göstərib.

Aminə Şahsuvarqızı

Vumart və Güvən reklamı Vumart Güvən