Adaptasiya nədir? - Psixoloqdan AÇIQLAMA

 15:07 20.08.2025     123

"Adaptasiya uyğunlaşm prosesidir".

Redaktor.az xəbər verir ki, bu sözləri 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu Rövşən Cəfərov bildirdi.

"İstər yeni mühitə uyğunlaşma, istərsə də əvvəlki fəaliyyətə geri dönmə prosesi adaptasiyanı tələb edir. Xüsusən insanlar məzuniyyətdə olduqda və istirahətdən sonra işə qayıtdıqda, məktəblilər isə məktəbə qayıtdıqda və ya yeni məktəbə başladıqda adaptasiya prosesi keçirirlər. Həmçinin insan münasibətlərində də bir-birinə uyğunlaşma prosesi mövcuddur və adaptasiya əsasən zamana bağlıdır",- deyə o, əlavə etdi.

Psixoloq qeyd etdi ki, əgər bir insanın adaptasiya problemi varsa, bu zaman psixoloji narahatlıqların mövcudluğunu müşahidə etmək lazımdır. İnsan təbiət etibarilə adaptasiya olmağa qadirdir, lakin zaman, bilik və bacarıqlar adaptasiya prosesində böyük rol oynayır. Şəxs ön yarğı və ya düşüncə qısqanması ilə qarşılaşarsa, adaptasiya prosesi uzana bilər.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən