Asqırmağı saxlamağın təhlükələri VAR

 13:23 21.08.2025     101

Nevroloq Baibinq Çen xəbərdarlıq edib ki, asqırmanı saxlamamaq lazımdır. Onun sözlərinə görə, bu vərdiş ciddi nəticələrə, hətta insulta səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, mütəxəssis bu haqda aif.ru-ya müsahibəsində danışıb.

Həkim bildirib ki, asqırarkən bədəndə təzyiq çox yüksəlir və əgər insan prosesi zorla dayandırarsa, beyində damar qopması riski yaranır. Bu isə təcili yardım tələb edən qanaxmalarla nəticələnə bilər.

Mütəxəssis əlavə edib ki, xüsusən damar zəifliyi və ya anevrizması olan insanlar daha böyük risk altındadır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən