Balıq yeməyin faydaları

ABŞ-nin Pensilvaniya Dövlət Universitetinin alimləri balığın müntəzəm qəbulu ilə bağlı genişmiqyaslı araşdırma aparıblar.
Redaktor.az bu barədə xarici mediaya istinadl xəbər verir.
Nəticələrə görə, həftədə ən azı iki dəfə balıq yeyən insanlarda həm ürək-damar xəstəlikləri, həm də zehni zəiflik riski əhəmiyyətli dərəcədə azalır.
10 mindən çox insan üzərində aparılan müşahidələr göstərib ki, omeqa-3 yağ turşuları ilə zəngin olan balıq qəbulu yaddaşı gücləndirir, diqqəti artırır və depressiya riskini aşağı salır. Bundan əlavə, balıq yeyən şəxslərin ömür uzunluğu orta hesabla 3-4 il daha çox olub.
Alimlər xüsusilə somon, skumbriya və sardina kimi yağlı balıqların daha çox fayda verdiyini bildirirlər. Onların sözlərinə görə, balığı həftədə ən azı iki dəfə rasiona daxil etmək sağlam qidalanmanın əsas şərtlərindən biridir.
Nuriyyə NATİQQIZI