Çay qəhvədən daha FAYDALIDIR

 13:45 21.08.2025     79

Endokrinoloq Yekaterina Bobrova xəbərdarlıq edib ki, səhər içkisi kimi çay qəhvədən daha yumşaq və faydalıdır.

Redaktor.az xəbər verir ki, həkim aif.ru-ya müsahibəsində bu haqda danışıb.

Mütəxəssis qeyd edib ki, çayın L-theanine amin turşusu ürək-damar və sinir sistemini rahatladır, kofein isə daha sürətli təsir göstərsə də, həddindən artıq qəhvə içmək pis xolesterinin səviyyəsini artıra və ürək-damar sisteminə mənfi təsir göstərə bilər.

Bobrova sözlərinə görə, yeniyetmələr üçün çox kofein yuxu rejimini poza bilər, yaşlılarda isə həddindən artıq qəhvə sümük əriməsinə səbəb ola bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən