Gündə cəmi 15 dəqiqə parkda vaxt keçirmək psixoloji sağlamlığa müsbət təsir göstərir

 18:33 21.08.2025     61

Şəhər həyatının gərginliyi və sürətli tempi fonunda aparılan yeni araşdırmalar maraqlı nəticə ortaya qoyub.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "Nature Cities" jurnalında dərc olunub.

Tədqiqatda bildirilir ki, urban yaşıllıq sahələrində, park və meşə zolaqlarında cəmi 15 dəqiqə vaxt keçirmək belə insanların zehni sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərir.

Mütəxəssislərin sözlərinə görə, bu qısa müddətli təmas depressiya və narahatlıq əlamətlərini azaldır, əhval-ruhiyyəni yüksəldir və diqqət toplama qabiliyyətini yaxşılaşdırır. Tədqiqat 78 fərqli araşdırmanın nəticələri əsasında 5 mindən çox iştirakçı üzərində aparılıb.

Alimlər həmçinin vurğulayıblar ki, təkcə böyük parklar deyil, şəhər küçələrindəki ağaclar da insan beyninə eyni dərəcədə müsbət təsir göstərir.

Ekspertlər urban mühitdə daha çox kiçik park və “yaşıl cib”lərin yaradılmasının vacibliyini bildiriblər. Onların sözlərinə görə, səhər günəşi və D vitamini istehsalı da psixoloji və fiziki sağlamlığı gücləndirən mühüm amillərdəndir.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən