Sağlamlıq problemləri arıqlama prosesini çətinləşdirə BİLƏR

Endokrinoloq Taïs Moussi bildirib ki, bəzi sağlamlıq problemləri arıqlama prosesini çətinləşdirə bilər.
Redaktor.az xəbər verir ki, həkim aif.ru-ya açıqlamasında çəkini sabit saxlayan gizli səbəbləri sadalayıb.
Mütəxəssisin sözlərinə görə, anemiya, xroniki yorğunluq sindromu, ürək çatışmazlığı zamanı maye yığılması və şişkinlik arıqlamanı ləngidir. Bundan əlavə, böyrək xəstəlikləri, premenstrüel sindrom, şəkərli diabet, insulin müqaviməti, hormonal pozğunluqlar, psixi sağlamlıq problemləri və yuxusuzluq da çəkiyə təsir göstərir.
Moussi əlavə edib ki, kortikosteroidlər, antipsikotiklər, antidepresanlar və antikonvulsanlar kimi bəzi dərmanlar da kilo artımına səbəb ola bilər.
Aytəkin TOFİQQIZI