Duz sağlamlığa zərərlidirmi?

 17:14 22.08.2025     119

Kardioloq Aurelio Rojas bildirib ki, duzun sağlamlığa zərərli olması ilə bağlı fikir həmişə doğru deyil.

Redaktor.az xəbər verir ki, onun sözlərini “La Razon” nəşri yayıb.

Rojas xəbərdarlıq edib ki, duz çatışmazlığı da artıqlığı qədər ziyan verə bilər.

Onun sözlərinə görə, əsas problem duzun özü deyil, hazır yeməklərdə və fast food məhsullarında gizli şəkildə çox miqdarda olan natriumdur. Məhz bu, ürək-damar xəstəliklərinin riskini artırır. Həkim belə məhsulların qəbulunu məhdudlaşdırmağı tövsiyə edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən