Qadınlara pomidor yemək MƏSLƏHƏTLİDİR

Endokrinoloq Francisco Rosero qadınlara hər gün bir pomidor yeməyi məsləhət görüb.
Redaktor.az xəbər verir ki, həkim “El Economista”ya açıqlamasında bu sadə vərdişin həm arıqlama prosesini sürətləndirə, həm də sağlamlığa müsbət təsir göstərə biləcəyini bildirib.
Rosero deyib ki, pomidor gündəlik rasiona daxil edildikdə çəki daha sürətlə azalır, eyni zamanda qan təzyiqi, xolesterin və trigliserid səviyyəsi aşağı düşür.
Həkim əlavə edib ki, pomidor kalori baxımından az olsa da, C vitamini, kalium və antioksidanlarla zəngindir. Bu maddələr orqanizmi oksidləşdirici stressdən qoruyur. Lakin ürək yanması və irritabl bağırsaq sindromu olan insanlar üçün pomidorun istifadəsi məsləhət görülmür.
Aytəkin TOFİQQIZI