Ağız boşluğunun sağlam qalması üçün düzgün qidalanma VACİBDİR

 11:44 25.08.2025     73

Güclü immunitet diş ətinin sağlamlığını qoruyur.

Redaktor.az xəbər verir ki, diş həkimi Aleksey Soşnikov gazeta.ru-ya açıqlamasında ağız sağlamlığının qorunmasında immun sisteminin roluna diqqət çəkib.

O, bildirib ki, güclü immunitet qanda immunoqlobulin səviyyəsini artırır və bu da diş ətində iltihabı azaltmağa kömək edir.

Həkimin sözlərinə görə, həmçinin orqanizmdə xoş emosiyalar zamanı ifraz olunan oksitosin və endorfin kimi hormonlar damar sisteminə müsbət təsir göstərir. Nəticədə qan dövranı yaxşılaşır və diş ətinin sağlamlığı dəstəklənir.

Soşnikov əlavə edib ki, ağız boşluğunun sağlam qalması üçün düzgün qidalanma, müntəzəm gigiyena qaydalarına əməl etmək və zərərli vərdişlərdən uzaq durmaq vacibdir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən