Oturaq həyat tərzi xərçəng riskini ARTIRIR

Onkoloq Vladimir İvaşkov bildirib ki, döş xərçəngi qadınlar arasında ən çox rast gəlinən xəstəliklərdən biridir.
Redaktor.az xəbər verir ki, həkim "Teleqram" kanalında bu xəstəliyin inkişaf riskini artıran əsas amilləri sadalayıb.
Həkimin sözlərinə görə, alkoqolun müntəzəm istifadəsi (həftədə üç və ya daha çox) riski 15 faizə qədər artırır, hər əlavə doza isə daha 10 faiz risk əlavə edir. İvaşkovun fikrincə, alkoqolsuz içkilər bu baxımdan daha təhlükəsiz seçimdir.
O, həmçinin siqaret çəkmə, hormon terapiyası, gec analıq, oturaq həyat tərzi, düzgün qidalanmama, D vitamini çatışmazlığı və piylənməni də risk faktorları sırasında göstərib. Onkoloq əlavə edib ki, xüsusilə menopozdan sonra artıq çəki qazanan qadınlarda bu patologiyanın yaranma ehtimalı daha yüksəkdir.
Aytəkin TOFİQQIZI