Miqreni olan insanlar şokoladdan imtina ETMƏLİDİRLƏR

Həkim Felipe Brambilla bəzi məhsulların miqreni ağırlaşdıra biləcəyi barədə xəbərdarlıq edib.
Redaktor.az xəbər verir ki, mütəxəssis məhsulların adlarını "Terra" nəşrinə müsahibəsində sadalayıb.
Brambilla bildirib ki, miqrenlərə bir çox amillər təsir edir və pəhriz onların ən vaciblərindən biridir. O, bu xəstəliyi olan insanlara şokoladdan, köhnəlmiş pendirlərdən, süni dadlandırıcılardan, qəhvədən və tərkibində yüksək kofein olan digər içkilərdən, həmçinin vetçina, salam və kolbasadan imtina etməyi tövsiyə edib.
Eyni zamanda, həkimin sözlərinə görə, bəzi məhsullar əksinə, miqrenlərin yüngülləşməsinə kömək edir. Onların arasında o, zəncəfil, omeqa-3 yağ turşuları ilə zəngin balıqlar, tünd yaşıl yarpaqlı tərəvəzlər, toxumlar və yağlı toxumları xüsusi qeyd edib.
Brambilla əlavə edib ki, bu problemi olan insanlar mümkün qədər çox su içməlidirlər.
Aytəkin TOFİQQIZI