Sağlam həyat tərzi keçirən insanların qanında yüksək xolesterin ola bilər

Kardioloq Aurelio Rojas bildirib ki, sağlam həyat tərzi keçirən insanların qanında yüksək xolesterin də ola bilər.
Redaktor.az xəbər verir ki, həkim "20minutos" nəşrinə verdiyi müsahibədə düzgün bəslənməyə baxmayaraq test nəticələrinin zəif olmasının səbəblərini açıqlayıb.
“Hiperkolesterolemiya heç də həmişə pis qidalanma və qeyri-adekvat qidalanma ilə əlaqələndirilmir. İnsan orqanizmi xolesterinin səviyyəsini tənzimləmək üçün mürəkkəb və çoxşaxəli mexanizmlərdən istifadə edir və qidalanma faktorlardan sadəcə biridir”, - deyə həkim bildirib.
Onun sözlərinə görə, orqanizmdə sistemli iltihablar və karbohidrat mübadiləsi xolesterol səviyyəsinin yüksəlməsində pəhrizlə eyni, hətta daha mühüm rol oynayan amillərdir. Bundan əlavə, bəzi insanlarda bu maddənin qanda tənzimlənməsinə mane olan genetik pozğunluq mövcuddur.
Mütəxəssis əlavə edib ki, xolesterinin artmasına yalnız zərərli yağlar deyil, həm də şəkər, zərif un və ultra işlənmiş qidalarla zəngin pəhriz səbəb ola bilər.
Aytəkin TOFİQQIZI