Boynu çatlatmaq yalnız müvəqqəti rahatlıq VERİR

 12:33 26.08.2025     64

Neyrocərrah Deborah Benzil boynu sındırmaq vərdişinin ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, onun sözlərini "Infobae" nəşri yazıb.

Mütəxəssisin sözlərinə görə, ara-sıra boynu çatlatmaq zərərli deyil. Lakin bu hərəkət müntəzəm və intensiv şəkildə edildikdə müxtəlif fəsadlara yol aça bilər.

Benzil bildirib ki, belə hallarda oynaqların qeyri-sabitliyi, daimi ağrılar, sərtlik, hərəkət məhdudiyyəti, sinirlərin sıxılması və digər xəsarətlər baş verə bilər. Bu isə əməliyyat masasına düşmə riskini artırır.

O, əlavə edib ki, boynu çatlatmaq yalnız müvəqqəti rahatlıq verir, lakin gərginliyin əsas səbəblərini aradan qaldırmır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən