Yayda əllərin soyuq olması ciddi xəstəliyin əlaməti ola BİLƏR

Havanın isti olmasına baxmayaraq əllərin daim soyuq qalması sağlamlıq problemlərinin göstəricisi ola bilər.
Redaktor.az xəbər verir ki, cərrah Aleksandr Umnov bu haqda life.ru-ya danışıb.
Mütəxəssisin sözlərinə görə, bu hal ətraflarda qan dövranının pozulması, məsələn, ağır ateroskleroz və ya Raynaud sindromu ilə bağlı ola bilər.
Həkim bildirib ki, hipotireoz, şəkərli diabet, dəmir çatışmazlığı anemiyası, osteoxondroz və şişkinliklər zamanı da barmaqlar soyuya bilər. Soyuq əllər uzun müddət eyni vəziyyətdə qalmaqdan məsələn, ayaq üstə duranda və ya səhər yuxudan oyananda da müşahidə oluna bilər.
Umnov xəbərdarlıq edib ki, əllər isinməsinə baxmayaraq soyuqluq qalırsa, mütləq həkimə müraciət edilməlidir. Problemin səbəbini dəqiq müəyyən etmək üçün qan analizləri, qalxanabənzər vəz hormonlarının yoxlanması, boyun onurğasının MRT-si, angioqrafiya və damarların doppleroqrafiyası kimi müayinələr aparıla bilər.
Aytəkin TOFİQQIZI