Səhərlər ilıq su içmək xeyirlidir?

 13:22 28.08.2025     110

Dietoloq Amanda Fiqeyredo bildirib ki, yuxudan oyandıqdan sonra bir stəkan ilıq su içmək sağlamlıq mütəxəssisləri tərəfindən ən çox tövsiyə olunan vərdişlərdən biri hesab olunsa da, bu ritualın faydası elmi cəhətdən təsdiqlənməyib.

Redaktor.az xəbər verir ki, bu haqda həkim "Terra" nəşrinə müsahibə verib.

O, dünyada geniş yayılmış səhər vərdişinin əslində düşündüyümüz qədər faydalı olmadığını vurğulayıb.

“Çoxları hesab edir ki, ilıq su mübadilə prosesini sürətləndirir və ya həzmi yaxşılaşdırır. Lakin indiyədək aparılan araşdırmalar bu iddianı təsdiqləyən inandırıcı sübutlar ortaya qoymayıb”, - deyə Fiqeyredo qeyd edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən