Bu yeməyi soyuducuda 5 gün saxlamaq olar

 00:31 06.09.2025     524

Şorbanı soyuducuda 3-5 gün təhlükəsiz saxlamaq olar.

Redaktor.az Milli.Az-a istinadən xəbər verir ki, bunu ekspert Asiyat Abdullayeva bildirib.

Onun dediyinə görə, şorbanın saxlanma müddəti tərkibindən və soyuducuda saxlama şəraitindən asılıdır.

Tərəvəz və göbələk şorbaları: 3-4 gün

Ət və toyuq bulyonları: 4-5 gün

Balıq şorbaları: 1-2 gün

Süd və krem şorbaları: 2-3 gün.

Mütəxəssis qeyd edib ki, şorba iki saatdan çox otaq temperaturunda qalmamalı, sonra +4°C və ya daha aşağı temperaturda saxlanmalıdır. Hər dəfə qaynatmaq saxlanma müddətini 1-2 gün uzada bilər, lakin çox isitmək dad və qida dəyərini azaldır.

Uğurlu saxlama üçün şorbanı kiçik porsiyalara bölmək və konteyneri kip bağlı saxlamaq tövsiyə olunur.

Mütəxəssis vurğulayır: şorbanın dadı, qoxusu və rəngi şübhəli görünürsə, onu yeməkdən çəkinmək lazımdır.

Vumart və Güvən reklamı Vumart Güvən