Qabığı çatlamış yumurtaları istifadə etmək OLMAZ

 17:24 11.09.2025     696

Qida sənayesi mühəndisi Montse Melendes bildirib ki, qabığı çatlamış yumurtaları atmaq lazımdır, çünki onlar sağlamlıq üçün təhlükəli ola bilər.

Redaktor.az xəbər verir ki, onun sözlərini "Vanitatis" nəşri yayıb.

Mütəxəssisin izahına görə, yumurtanın qabığı onu xarici amillərin, o cümlədən çirklənmənin mənfi təsirindən qoruyur.

“Qabıq bütöv maneə kimi görünsə də, əslində, üzərində mikroorqanizmlərin daxil ola biləcəyi məsamələr var”, - deyə Melendes qeyd edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən