Qarabaşaq dəmir çatışmazlığını müalicə ETMİR

 23:20 17.09.2025     363

Pediatr Anton Proxorenko bildirib ki, qarabaşaq, alma və nar dəmir çatışmazlığını müalicə etmir. 

Redaktor.az xəbər verir ki, o, bəzi  məhsulların dəmirin səviyyəsini bərpa etməkdə rolunu kp.ru-ya açıqlamasında dəyərləndirib.

Həkimin sözlərinə görə, nə qidalar, nə də vitaminlər anemiyanı sağalda bilir. Yeganə effektiv üsul dəmir preparatlarının qəbulu hesab olunur.

Bununla belə, Proxorenko vurğulayıb ki, dəmirlə zəngin qidalar rasionda mütləq olmalıdır, çünki onlar dəmir çatışmazlığının profilaktikasında mühüm rol oynayır. O, ətin, qaraciyərin, yumurtanın, dəniz məhsullarının, qarabaşaqın, paxlaların, narın və göyərtinin dəmirlə zəngin olduğunu qeyd edib. Lakin həkim xatırladıb ki, bitki mənşəli mənbələrdən alınan dəmir orqanizm tərəfindən daha zəif mənimsənilir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən