Keyimə təhlükəli xəstəliklərin əlaməti ola BİLƏR

 09:27 25.09.2025     383

Terapevt Tatyana Simonova bildirib ki, əllərdə və ayaqlarda hiss olunan keyimə bəzən müvəqqəti və zərərsiz olsa da, müəyyən hallarda ciddi xəstəliklərin inkişafına işarə edə bilər.

Redaktor.az xəbər verir ki, mütəxəssis bu haqda lenta.ru-ya danışıb.

Həkimin sözlərinə görə, əksər hallarda keyimə bədənin soyuması və ya narahat vəziyyətdə oturmaqla bağlı olur. Məsələn, kompüter qarşısında “ayaq ayaq üstə” pozasında uzun müddət oturmaq bu halı yarada bilər. Pozanı dəyişdikdə simptom tezliklə keçir.

Lakin Simonovanın qeyd etdiyinə görə, bəzi hallarda keyimə ateroskleroz kimi ciddi patologiyalardan qaynaqlanır. Bu zaman damarların daxilində xolesterin yığıntıları (lövhəciklər) əmələ gəlir, nəticədə ətraflarda qan dövranı zəifləyir və insanda keyimə hissi yaranır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən