Artıq kofe orqanizmdə kalsium çatışmazlığı yarada bilər

 17:43 25.09.2025     424

Pediatr-həkim Nilufar Yunusovanın sözlərinə görə, həddindən artıq kofe istifadəsi kalsiumun orqanizm tərəfindən mənimsənilməsini zəiflədir.

Redaktor.az xəbər verir ki, həkim news.ru-ya açıqlamasında qəhvəni kalsiumu “oğurlayan” içki adlandırıb.

Mütəxəssis bildirib ki, kofein katexolaminlərin ifrazını stimullaşdırır və böyrəklərdə qlomerulyar filtrasiyanı gücləndirir. Bu, sidik əmələ gəlməsinin ilk mərhələsidir. Nəticədə qəhvə sidiyə getmə tezliyini artırır və bununla birlikdə kalsiumun da orqanizmdən xaric olunmasına səbəb olur.

Yunusova əlavə edib ki, yüksək dozada kofein qəbul edildikdə, xüsusən içki acqarına və ya çox miqdarda istifadə olunanda, mədə-bağırsaq traktında kalsiumun sorulmasında da azalma müşahidə olunur.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən