Dietoloq qəhvədən maksimum fayda almağın yollarını AÇIQLADI
Dietoloq Paula Alves qəhvə sevənlərə bu içkidən maksimum fayda almağın yollarını izah edib.
Redaktor.az xəbər evrir ki, o, "Metropoles" nəşrinə müsahibəsində üç məsləhət verib.
Alvesin sözlərinə görə, arabika növü qəhvə daha faydalıdır, çünki tərkibində daha çox faydalı maddələr var. O, həmçinin orta dərəcədə qovrulmuş qəhvənin ən ideal seçim olduğunu vurğulayıb.
Dietoloq qəhvənin hazırlanma üsuluna da diqqət yetirməyi tövsiyə edib. Onun fikrincə, ən faydalı variant süzülmüş (filtr) qəhvədir, çünki bu üsulla hazırlanmış içkidə xolesterin səviyyəsini artıran maddələr daha az olur.
Aytəkin TOFİQQIZI













