Bu xəstəliyi olan insanlar yumurta yeyə BİLƏR
Xroniki stres sağlamlığa ciddi ziyan vurur və qəfil ürək dayanmasına səbəb ola bilər.
Redaktor.az xəbər verir ki, bu barədə kardioloq, tibb elmləri namizədi Anna Koreneviç özünün Telegram kanalında xəbərdarlıq edib.
Həkimin sözlərinə görə, ürək sağlamlığını məhv edən əsas amil qida deyil, məhz xroniki strestir. “Məhz o, təzyiqi və şəkəri yüksəldir, damarların iltihabına və tromb əmələ gəlməsinə səbəb olur. Bütün bunları kortizol hormonu başladır: az miqdarda faydalı, çox olduqda isə dağıdıcı təsir göstərir”, – deyə o izah edib. Koreneviç xroniki stress yaşayan insanları emosiyalarını idarə etməyi öyrənməyə çağırıb.
Eyni zamanda, həkim geniş yayılmış fikirin əksinə olaraq, ürək-damar xəstəlikləri olan insanların yumurta yeyə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, bu məhsulda xolesterin olsa da, müasir tədqiqatlar göstərir ki, gündə bir yumurta ateroskleroz riskini artırmır.
Aytəkin TOFİQQIZI













