Xroniki yorğunluq nədir?
"Xroniki yorğunluq enerji tələbatının kəskin azalması nəticəsində həm zehni, həm fiziki, həm də emosional olaraq insanın gücdən düşməsidir".
Redaktor.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirdi.
Onun sözlərinə görə, yorğunluğun da simptomları fərqli-fərqli ola bilər və əlamətləri də demək olar ki, bir əlamətlə deyil, bir çox əlamətlə özünü göstərə bilər:
"Yuxusuzluq, bəzi üzvi xəstəliklərin ortaya çıxması, insanın həyat şəraitinin fərqli olması, həyat şəraitinin doğru yerdə olmaması, qidalanmanın pozulması, hər hansısa bir işə konsentrasiyanın pozulması, bütün günü yuxu istəyi, yatmaq istəyi, əzələ ağrıları, baş ağrıları və yaxud da emosional depressiyada olması. Yorğunluq fərqli-fərqli simptomlarda özünü göstərə bilər. Yorğunluğun səbəbləri çoxdur, simptomları da fərqli-fərqli ola bilər".
Nuriyyə NATİQQIZI













