Qaçışın XEYİRLƏRİ

 09:40 02.10.2025     380

Həkim Kirill Antonov bildirib ki, qaçış insan ömrünü üç-dörd il uzada bilər.

Redaktor.az xəbər verir ki, Antonov bu sadə üsul barədə gazeta.ru-ya danışıb.

Mütəxəssisin sözlərinə görə, qaçış bütün orqanizm sistemlərinə - ürək-damar, tənəffüs, sinir, endokrin və dayaq-hərəkət aparatına müsbət təsir göstərir. Həftədə iki-üç dəfə, orta templə müntəzəm qaçış qan təzyiqini və “pis” xolesterinin səviyyəsini aşağı salır, damarların elastikliyini yaxşılaşdırır, infarkt və insult riskini isə 30-50 faiz azaldır.

Antonov əlavə edib ki, bəzi araşdırmalar qaçan insanlarda hüceyrələrin daha yavaş qocaldığını, onların həyat müddətinin isə passiv həyat tərzi sürənlərlə müqayisədə üç-dörd il uzun olduğunu sübut edib.

“Ən əsası isə odur ki, qaçışa başlamaq heç vaxt gec deyil. Hətta 40-50 yaşından qaçmağa başlayan insanlar da ciddi sağlamlıq faydaları əldə edirlər”, - deyə ekspert vurğulayıb.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən