Bəzi məhsulların artıq istifadəsi qocalmanı sürətləndirir

 09:44 02.10.2025     520

Gastroenteroloq-diyetoloq Nuriya Dianova bildirib ki, bəzi məhsulların həddindən artıq istifadəsi orqanizmdə vaxtından əvvəl qocalmanı sürətləndirə bilər.

Redaktor.az xəbər verir ki, onun sözlərini “Abzas” nəşri yayıb.

Mütəxəssisin sözlərinə görə, sağlamlıq üçün ən təhlükəli məhsulların sırasında şəkər və alkoqol dayanır. Həmçinin duzun normadan artıq qəbulu bir çox xəstəliklərin, o cümlədən podaqra və sidikdaşı xəstəliyinin yaranmasına səbəb ola və qocalma prosesini sürətləndirə bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən