Soyuqdəymə zamanı efir yağlarından istifadə TƏHLÜKƏLİDİR?

 16:36 02.10.2025     294

Uşaqlarda soyuqdəymənin müalicəsində efir yağlarından istifadə təkcə faydasız deyil, həm də təhlükəli ola bilər.

Redaktor.az xəbər veirr ki, bu barədə həkim Lüdmila Caparidze lenta.ru-ya açıqlama verib.

Həkimin sözlərinə görə, efir yağlarının inhalyasiya üçün istifadəsinə yalnız qablaşdırmada açıq şəkildə icazə verildiyi halda yol vermək olar. Lakin əksər efir yağlarını neybulayzerə əlavə etmək qəti şəkildə olmaz - onlar uşaqlarda allergiyaya səbəb ola bilər. Üstəlik, bu prosedurların sübut olunmuş müalicəvi təsiri yoxdur.

Caparidze həmçinin soyuqdəymədə geniş yayılmış başqa bir “özünü müalicə” üsulunu -  burun selikli qişasının efir yağları ilə yağlanmasını da təhlükəli adlandırıb. Onun sözlərinə görə, bu, çox zərərlidir, çünki yağlı təbəqə tənəffüs yollarını təmizləməli olan kirpikli hüceyrələrin işini iflic edir. Nəticədə infeksiyalar selikli qişada daha asan yerləşir, nəfəsalma çətinləşir və fəsadların yaranma riski artır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən