Peyvəndlər autizm yaradır? - Psixoloqdan AÇIQLAMA

 11:48 07.10.2025     341

“Peyvəndlərin autizm yaratması barədə iddiaların heç bir elmi əsası yoxdur”.

Redaktor.az xəbər verir ki, bu fikirləri “Azərsun Holdinq”in Azərbaycanda ilk inklüziv kafe olan “Kaşalata” kafe ilə əməkdaşlıq çərçivəsində media nümayəndələri üçün maarifləndirici təlimdə kliniki psixoloq Milana Həsənova bildirdi.

Onun sözlərinə görə, tibbi və elmi cəhətdən sübut olunmamış bir fikirdir:

“Yenə də bəzi valideynlər qeyd edirlər ki, "uşağım iki yaşına qədər hər şey qaydasında idi, peyvənd vurulduqdan sonra uşaqda müəyyən ağırlaşmalar baş verdi. Mən dəfələrlə qeyd etmişəm ki, bu cür hallar daha çox genetik və ya anadangəlmə səbəblərlə bağlı olur. Düşünün: əgər bədəndə müəyyən bir problem əvvəldən yoxdursa, onu sonradan iynə ilə bədənə yeritmək mümkün deyil. Əgər bu problem əvvəldən mövcuddursa, peyvənd onu irəli apara və ya aktivləşdirə bilər. Amma əvvəldən yoxdursa, peyvəndin bunu yaratması elmi baxımdan mümkün deyil”.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən