“Soyuqdəymə və qrip zamanı yuyunmaq qadağan deyil” - Pediatr
Pediatr Dmitri Molodoy soyuqdəymə və qrip zamanı su prosedurlarının yolverilənliyini qiymətləndirib.
Redaktor.az xəbər verir ki, o, bu barədə “Telegram” kanalında fikirlərini bölüşüb.
Həkimin sözlərinə görə, xəstəlik zamanı yuyunmağın zərərli olması barədə geniş yayılmış fikir həqiqətə uyğun deyil. Əksinə, şəxsi gigiyena insan sağlamlığı üçün vacib şərtdir.
“Xəstəlik dövründə yuyunmamaq təkcə mənasız deyil, həm də dəri ilə bağlı əlavə problemlərə səbəb ola bilər ki, bu da xəstəliyin yaratdığı narahatlığı daha da artıra bilər”, – deyə Molodoy bildirib.
Aytəkin TOFİQQIZI













