Uşaqlarda niyə piylənmə müşahidə olunur?

 16:36 13.10.2025     277

Uşaqlıq dövründə piylənmə insanın gələcək həyatına təsir göstərə bilər 

Redaktor.az xəbər verir ki, bu barədə həkim Aleksandr Neymark aif.ru-ya danışıb.

Həkim izah edib ki, uşaqlarda piylənmənin yaranma səbəbləri arasında endokrin vəzlərin fəaliyyətinin pozulması və azhərəkətli həyat tərzi mühüm rol oynayır. Lakin əsas səbəb qidalanma davranışının pozulmasıdır. "Xüsusilə, ailədə formalaşan yanlış psixoloji yanaşmalar uşaqlarda artıq çəkiyə gətirib çıxarır" - deyə Neymark vurğulayıb.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən