Donordan qan götürülərkən hansı qaydalara riayət olunur?
"Əsas vacib məqam odur ki, qan xüsusi, düzgün qaydalara əməl olunmaqla və yalnız ixtisaslaşmış tibb heyəti tərəfindən götürülür".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Respublika Qan Bankının Donor qanı və onun komponentlərinin təhlükəsizliyinin təmin edilməsi şöbəsinin müdiri Növrəstə Hacılı qeyd etdi.
O əlavə etdi ki, bu proses tam steril şəraitdə həyata keçirilir:
"Birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qan torbalarından istifadə olunur və bütün prosedur tam təhlükəsiz şəkildə aparılır. Donorlar da qan götürülərkən görürlər ki, hər şey təhlükəsizlik tələblərinə uyğun yerinə yetirilir. Bu səbəbdən donorlar hər zaman gəldikdə, sterillik qaydalarının tam təmin olunduğunu müşahidə edəcəklər".
Nuriyyə NATİQQIZI













