Bu halda qəhvə qadınlar üçün ziyanlı ola BİLƏR

 16:26 15.10.2025     298

Həkim Sara Marin xəbərdarlıq edib ki, menstruasiya dövrü bitdikdən sonra qəhvə qadınların sağlamlığı üçün zərərli ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə "20minutos" nəşri məlumat yayıb.

Marinin sözlərinə görə, menstruasiya dövrü bitdikdən sonra qadınların orqanizmi qəhvəyə fərqli reaksiya verir. Bəzi qadınlarda bu içki enerjini artırır, əhvalı yaxşılaşdırır, hətta depressiya və Altsheymer xəstəliyi riskini azalda bilər. Lakin digər qadınlarda isə qəhvə bu dövrün simptomlarını daha da gücləndirə bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən