Çox şirniyyat yemək yuxuya mənfi təsir göstərir?

 17:21 16.10.2025     376

Nevroloq İrina Milyuxina xəbərdarlıq edib ki, müəyyən qida qruplarının həddindən artıq qəbulu beyin fəaliyyətini poza və yuxu keyfiyyətini ciddi şəkildə pisləşdirə bilər.

Redaktor.az xəbər verir ki, bu haqda mütəxəssis kp.ru ilə söhbətində danışıb.

O, Çin alimlərinin konditer fabrikində çalışan qadınlar üzərində apardıqları tədqiqatı misal gətirib. Tədqiqat göstərib ki, şirniyyatların çox qəbulu dərin yuxuya mənfi təsir göstərir.

Milyuxina vurğulayıb ki, məhz dərin yuxu beyin üçün həyati əhəmiyyət daşıyır - bu zaman məlumatlar qısa yaddaşdan uzunmüddətli yaddaşa keçir. Əgər bu proses pozularsa, insanın konsentrasiyası və məlumatı yadda saxlama qabiliyyəti pisləşir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən