İnsult nədir? - Həkimdən AÇIQLAMA

 15:15 29.10.2025     452

"İnsult beyin qan dövranının kəskin pozulması nəticəsində yaranan xəstəlikdir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin İnsult xidməti layihəsinin rəhbəri, nevroloq Pərvin Allahyarova bildirdi.

Həkim qeyd etdi ki, insultun əsas iki növü mövcuddur:

"Hemorragik insult və işemik insult. İşemik insult hemorragik insulta nisbətən dörd dəfə daha tez-tez rast gəlinir. İşemik insult zamanı damar mənfəzi tıxanır və beynin müvafiq nahiyəsində qan dövranı pisləşir. Qanla təchizatı azalır və bu, beyin infarktının yaranmasına gətirib çıxarır. Hemorragik insultda isə damarın divarı yırtılır və kəllədaxili qansızma yaranır".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən