Uşaqlara qrip əleyhinə vaksin vurmaq olar? - Pediatrdan AÇIQLAMA

 17:05 29.10.2025     684

Müasir dövrdə uşaqların sağlamlığının qorunması valideynlər və həkimlər üçün əsas prioritetlərdən biridir. Xüsusilə payız-qış mövsümündə qrip və digər virus infeksiyalarının sürətlə yayılması uşaqlarda xəstəlik riskini artırır. 

Bəs bu səbəbdən uşaqlara qrip əleyhinə vaksinasiya məsləhətdir?

Redaktor.az-a danışan pediatr Qoşqar İsmayılov qeyd etdi ki, uşaqlar üçün peyvəndlər mövcuddur:

"Qrip viruslarına qarşı "Vaxigrip" adlı peyvənd var, bu da uşaqlara tətbiq edilir. Düzdür, məcburi təqvim planında bu peyvənd yoxdur, amma könüllü şəkildə etdirmək olar", - deyə həkim vurğuladı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən