Su ilə təmasdan sonra barmaq uclarımız niyə büzüşür? - Həkimdən AÇIQLAMA
Suda uzun müddət qaldıqda barmaq uclarının büzüşməsi hamımızın diqqətini çəkir. Amma bu, çoxlarının səbəbini bilmədiyi bir prosesdir.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında həkim-terapevt Günay Lətifova qeyd etdi ki, mövzu maraqlıdır.
Onun sözlərinə görə, barmaqlarımız uzun müddət su ilə təmasda olduqda, üst qatı, yəni dərinin epidermis qatı içinə su hopdurur və dərinin o qatı şişməyə başlayır:
"Düzdür, biz bunu şişmək kimi dəyərləndirmirik, büzüşmək kimi dəyərləndiririk. Amma əslində barmaq ucları qırışır və şişir. Bu da, əslində, beyinin idarə etdiyi bir refleksdir".
.jpg)
Həkim refleksin səbəbini də izah etdi:
"Barmaq uclarında sinir və qan damar sistemi var. Su ilə uzun müddət təmasda olanda həmin sinirlər və damarlar daralır, dərinin altındakı toxumalar azacıq da olsa çəkilir. Üst qat isə yerində qalır. Nəticədə büzüşmüş kimi görünür. Bunu hətta təkamül adlandırırlar".
Aytəkin TOFİQQIZI













