Alimlər ağciyər xərçənginin xroniki iltihabdan başladığını müəyyən ediblər
Texas Universitetinin M. D. Anderson Onkologiya Mərkəzinin alimləri aşkar ediblər ki, ağciyər xərçənginin inkişafı toxumalarda uzunmüddətli xroniki iltihabın yaranması ilə başlayır.
Redaktor.az xəbər verir ki, tədqiqat Cancer Cell jurnalında dərc olunub.
Məlumata görə, şişi əmələ gətirən ilk hüceyrələr məhz güclü iltihab olan sahələrdə yaranır.
Tədqiqat zamanı məlum olub ki, iltihab proseslərinin, xüsusilə IL-1B adlı zülalın fəaliyyətinin azaldılması, bədəndə xərçəngöncəsi hüceyrələrin sayını əhəmiyyətli dərəcədə azaldır. Bu yanaşma gələcəkdə xəstəliyin qarşısını almaq üçün yeni profilaktik strategiya ola bilər.
Alimlər şişin necə əmələ gəldiyini daha dəqiq öyrənmək üçün ağciyər toxumalarında genlərin fəaliyyətini əks etdirən “məkan transkriptomik xəritələr” hazırlayıblar. Bu xəritələr xəstəliyin müxtəlif mərhələlərində olan 25 xəstədən götürülmüş 5 milyondan çox hüceyrə nümunəsini əhatə edib. Nəticədə, tədqiqatçılar xərçəngin ilkin mərhələsində hansı sahələrin və hüceyrə növlərinin prosesə cəlb olunduğunu dəqiq müəyyənləşdiriblər.
Aytəkin TOFİQQIZI













