Yuxuda stresin gizli siqnalları: Həkim xəbərdarlıq ETDİ

 11:46 10.11.2025     544

Yuxu zamanı stresdə olduğumuzun bir neçə göstəricisi ola bilər.

Redaktor.az  xəbər verir ki, bu barədə "Deia" nəşrinə kardioloq Aurelio Roxas danışıb. Onun sözlərinə görə, insanın yuxu zamanı göstərdiyi bəzi hərəkətlər gündüz yaşadığı stresin göstəricisi ola bilər. 

“Əgər yuxuda biləklərinizi bükür, yumruqlarınızı sıxır, əllərinizi çarpazlayır, çənənizi sıxır, üzünüzü turşudur, boğazınızı tutursunuzsa, bir və ya hər iki qolunuzu qaldırır, döl (embrion) pozasında yatır, ayaqlarınızı çarpazlayır və ya birini digərinin üstünə qoyur, yaxud yastığı bərk-bərk qucaqlayırsınızsa – bu, orqanizmdə stres və kortizol səviyyəsinin yüksək olmasından xəbər verir”, – deyə Roxas xəbərdarlıq edib.

Xədicə BAXIŞLI 

Vumart və Güvən reklamı Vumart Güvən